Aİ-nin ali nümayəndəsi Azərbaycan Prezidentinə məktub göndərib

Aİ-nin ali nümayəndəsi Azərbaycan Prezidentinə məktub göndərib
15:22 8 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
"Report" Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda F.Mogerini baş verənlərlə bağlı başsağlığı verib: "Mogerini Aİ adından qəzada həyatını itirənlərin ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verib, itkin düşənlərin taleyinə görə narahatlığını bildirib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR