Ağdamda 20 min 784 hektarda taxıl əkilib

Ağdamda 20 min 784 hektarda taxıl əkilib
15:23 8 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Ağdam, 8 dekabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını başa çatdırıblar.
Ağdam rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ildə rayonda 47 min 089 ton buğda, 3047 ton arpa, 7560 ton kartof, 49515 ton tərəvəz, 5140 ton bostan məhsulları, 3090 ton dən üçün qarğıdalı,112 ton günəbaxan, 1673 ton şəkər çuğunduru, 71,1 ton pambıq, 2826 ton meyvə, 382 ton üzüm istehsal olunub. Dən üçün qarğıdalı, günəbaxan, meyvə və kartof istehsalı bütövlükdə əhali təsərrüfatlarının payına düşür.
Bundan başqa, rayonda payızlıq səpin üçün 22 min 493 hektarda şum aparılıb, 14 min 785 hektarda buğda, 3055 hektarda dən üçün arpa, 2944 hektarda xəsil səpilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdamda_20_min_784_hektarda_taxil_ekilib-909314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR