​Yozef Blatterin 100 milyon dollar rüşvət aldığı iddia edilir

​Yozef Blatterin 100 milyon dollar rüşvət aldığı iddia edilir
15:27 8 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ FİFA-da yaşanan rüşvət qalmaqalı ilə bağlı yeni iddalar irəli sürülüb. "Report" BBC-yə istinadən xəbər verir ki, ali futbol qurumunun prezidenti Yozef Blatterin adı bu dəfə 100 milyon dollarlıq rüşvətdə hallanır.
İddiaya görə, bu məbləğin televiziyaların yayım hüquqlarından əldə olunduğu bildirilir. İSL adlı şirkətin yayım hüququnu almaq üçün aralarında sabiq FİFA prezidenti Joao Avelanj və İcraiyyə Komitəsinin keçmiş üzvü Rikardo Teyşeyranın da olduğu xeyli sayda adama 100 milyon dollar rüşvət verildiyi qeyd olunub.
Lakin Blatter ittihamları rədd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR