Azay Quliyevdən yeni ildə ƏFV ANONSU

Azay Quliyevdən yeni ildə ƏFV ANONSU
15:29 8 Dekabr 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

 

Lent.az "trend"ə istinadən xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev deyib. A.Quliyev qeyd edib ki, hazırda komissiya üzvləri tərəfindən quruma daxil olan müraciətlərə baxılır: "Müraciətlərin araşdırılmasının nəticəsində hazırlanacaq siyahı Prezidentə təqdim ediləcək".

 

Komissiya üzvü qeyd edib ki, əfvlə bağlı bütün səlahiyyətlər Prezidentə məxsusdur: “Maksimum dərəcədə çalışırıq ki, bu müddət ərzində daxil olan bütün ərizələrə baxaq. Kimlərin siyahıya düşəcəyi isə birbaşa Prezidentin səlahiyyətinə daxildir”.

 

Əfv fərmanının imzalanacağı tarixə gəldikdə isə, millət vəkili bunun yeni il ərəfəsində ola biləcəyini istisna etməyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR