Komissiya toplanır - Əfv gözlənilirmi?

Komissiya toplanır - Əfv gözlənilirmi?
15:37 8 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

Bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev Trend-ə açıqlamasında bildirib.

A.Quliyev qeyd edib ki, hazırda komissiya üzvləri tərəfindən quruma daxil olan müraciətlərə baxılır:

"Müraciətlərin araşdırılmasının nəticəsində hazırlanacaq siyahı Prezidentə təqdim ediləcək".

Komissiya üzvü qeyd edib ki, əfvlə bağlı bütün səlahiyyətlər Prezidentə məxsusdur:

"Maksimum dərəcədə çalışırıq ki, bu müddət ərzində daxil olan bütün ərizələrə baxaq. Kimlərin siyahıya düşəcəyi isə birbaşa Prezidentin səlahiyyətinə daxildir".

Əfv fərmanının imzalanacağı tarixə gəldikdə isə, millət vəkili bunun yeni il ərəfəsində ola biləcəyini istisna etməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR