Gülümsəyən eşşək İnternet ulduzuna döndü - VİDEO - FOTO

Gülümsəyən eşşək İnternet ulduzuna döndü - VİDEO - FOTO
15:42 8 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Mayk adlı uzunqulağın fotoları sosial şəbəkələrdə yayılandan sonra o, internetin yeni ulduzuna çevrilib.

Daşqında batmaqdan xilas edilmiş ulağın fotolarını "Animal Heaven Animal Rescue" (AHAR) təşkilatı Facebook-dakı səhifəsində paylaşmışdı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İrlandiyanın cənubundakı Killorqlin qəsəbəsi də "Desmond" qasırğasının vurduğu bölgələr arasındadır. Leysan yağışları Kerri bölgəsindəki Killorqlin çayının daşmasına səbəb olmuşdu.

Mayk da çayın ortasında qalmışdı. 
Eşşəyin sahibi AHAR-a yardım üçün müraciət edib, AHAR mənsubları da xilasetmə əməliyyatı keçiriblər. Qayıqla ulağa yaxınlaşan AHAR üzvləri heyvanın boynuna xilasedici həlqə atıblar və ulağı sahilə çıxarıblar.
Mayk Da AHAR-ın rəhbəri Syuzan Gibbonsla birlikdə foto çəkiləndə gülümsəyib.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR