Şimali Koreyaya doğru iri addımlarla...

Şimali Koreyaya doğru iri addımlarla...
15:56 8 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Yerli KİV və sosial şəbəkələrdə Salyan rayon icra başçısı Tahir Kərimovun qızıl güllər altından keçməsini əks etdirən foto yayılıb.

ANS TV-nin məlumatına görə, icra başçısının şagirdlərin qızılgül çələngindən keçməsi sosial şəbəkələrdə bir çox adlara bəzədildi. Salyan rayon icra hakimiyyətinni başçısı Tahir Kərimov qızılgül ətirli xatirələri ilə gündəmə gəldi.

Məsələ burasındadır ki, kimsə başçının şəkiləlrini ortaya çıxartmaqla gündəm yarada bilib. Sosial şəbəkədə başçının şəkillərinə müxtəlif yanaşmalar olub. Kimi yazıb ki, sabahın xeyir Kral, kimi də Şimali Koreyaya doğru iri addımlarla yazaraq, başçını Kim Çen Inın fanatı kimi təqdim edib. Tahir Kərimovu şahzadə Mustafa ilə müqayisə edənlər də tapılıb.



Bəs bu şəkil hansı şəraitdə çəkilib və Salyan rayon İcra hakimiyyətinni başçısı bununla nə demək istəyib? Başçının müavini Vüqar Cəbrayılov bizimlə telefon söhbətində bildirdi ki, şəkil 2014 cü il mayın 10-da rayon təhsil müsəsisələrin hazırladığı tədbirdə çəkilib. Onun sözlərinə görə, tədbir təşkilatçılarının təşəbübüsü ilə hamı bu gül çələnginin altından keçməli idi. Tək Tahir Krəimov yox, çoxlarının bu çələng altından keçdiyini deyən müavin şəklin mətbuata çıxarılmasına təxribat kimi yanaşıb.

Bəlkə də həqiqətən təxribatdır, deyə bilmərik. Amma istənilən halda yaxşı ənənə deyil. İcra başçısı öz camaatının, xalqın xidmətində durmalıdır. Bunu dəfələrlə dövlət başçısı da onlara xatırladıb. Görünür, onlar hətta uşaqların belə onların xidmətində durmasından zövq alırlar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR