"Dedi ki, tufandır, hazırlaşırıq çıxmağa..." - QAZAXLI NEFTÇİNİN SON ZƏNGİ

"Dedi ki, tufandır, hazırlaşırıq çıxmağa..." - QAZAXLI NEFTÇİNİN SON ZƏNGİ
16:09 8 Dekabr 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğında itkin düşənlər arasında Qazax rayon sakini də var.
 
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağköynək kənd sakini, 44 yaşlı Xalid İbrahimov 10 ildən artıqdır ki, qaynaqçı kimi fəaliyyət göstərir.
 
Faciə baş verən gün əmisi oğlu Sadıq İbrahimovla telefonla danışaraq, çalışdıqları neft yatağında güclü külək olduğunu bildirib: "Axırıncı dəfə saat 6-da zəng etmişdi ki, tufandır, hazırlaşırıq çıxmağa. Elə axırıncı zəngi də o oldu. Ondan sonra zəng eləmədi. Yoldaşı, mənim oğlum, qardaşım - hamısı Bakıdadır. Biz də burada gözləyirik".
 
Xalid İbrahimov ayın 15 gününü dənizdə keçirib, 15 günü isə yaşadığı kənddə təsərrüfatla məşğul olub. Qonşuları onu zəhmətkeş və hamının qayğısına qalan biri kimi xatırlayır: "Gözəl, zəhmətkeş ailə başçısı idi. Balalarından, qohum-əqrəbadan ötrü özünü öldürürdü. Bir qonşunun xeyir-şəri olanda tez özünü çatdırırdı, maşını var idi, hara lazımdısa aparırdı. Allah özü köməyində dursun!"
 
Xalid İbrahimovun 3 övladı var - iki qız, bir oğlan. Qızları orta məktəbi bitirib, oğlu isə 10-cu sinifdə oxuyur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR