Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 milyon 829 min dəfəyə yaxın istifadə edib

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 1 milyon 829 min dəfəyə yaxın istifadə edib
16:13 8 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Cari ilin noyabr ayında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən ümumilikdə 153 min 163 dəfə istifadə edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 120 min 220-si “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə, 32 min 943-ü isə “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub.
Ötən ilin iyul ayından əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar “Elektron hökumət” portalı üzərindən əhaliyə təqdim olunan hər iki xidmət vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadırlar.
Qanunvericiliyə əsasən, işəgötürənlər və işçilər arasında bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi bu barədə müvafiq bildiriş forması əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirilməlidir. İşəgötürənlər tərəfindən bu prosedur “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə həyata keçirilir. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti isə işçilərə onlarla bağlanmış əmək müqaviləsi bildirişi barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir.
Cari ilin 11 ayında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yalnız bu iki e-xidmətindən 1 milyon 828 min 890 dəfə yararlanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amek_muqavilesi_bildirisleri_uzre_elektron_informasiya_sisteminden_1_milyon_829_min_defeye_yaxin_istifade_edib-909342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR