Beynəlxalq Könüllülər günü ADMİU-da qeyd olunub - FOTO

Beynəlxalq Könüllülər günü ADMİU-da qeyd olunub - FOTO
16:17 8 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Səda" Tədris Teatrında 5 Dekabr Beynəlxalq Könüllülər gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edib. Konsertdə Universitetin müxtəlif alətlərdə və solo ifa edən istedadlı gənclərdən ibarət "Nəğməli Bakı" vokal-instrumental ansamblı Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin orkestri və Dövlət Pantomim Teatrının aktyorları ilə birlikdə dinləməyə alışdığımız əsərləri səhnələşdirilmiş şəkildə təqdim ediblər. Konsertdə Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Yeganə İmanova, İvan Şışkin və başqa bəstəkarların əsərləri ilə yanaşı caz kompozisiyalar da tamaşaçılar tərəfindən böyük maraqlı qarşılanıb.

Hərbi Məktəbin tələbələri, ADPU-nun və digər yerlərdən dəvət olunmuş könüllülərin iştirak etdiyi bayram konsertinin son musiqi nömrəsi olan Müslüm Maqomayevin "Odlar Yurdu Azərbaycan" mahnısını bütün zal birgə ifa edərək həmrəylik nümayiş etdirib. Sonda Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək, bütün dünyada olduğu kimi, Azərbaycanda da könüllülərin müxtəlif sahələrdə xüsusi rolunu qeyd edərək, onları ürəkdən təbrik edib və sonda tədbirdə böyük zəhməti keçən "Nəğməli Bakı" ansamblının bədii rəhbəri Sevinc Dadaşovaya, Ali Hərbi Məktəbin orkestri və Dövlət Pantomima Teatrını fəxri fərmanla təltif edib.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR