"Azneft": Güclü külək olarsa, gəmilərlə işlər dayandırılacaq

"Azneft": Güclü külək olarsa, gəmilərlə işlər dayandırılacaq
16:22 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada və "Neft daşları" yatağında itkin düşənlərin axtarışı istiqamətində bütün cəhdlərə baxmayaraq bu gün saat 16:00-a olan məlumata görə, nəticə əldə olunmayıb. 
"Report" xəbər verir ki, bunu "Azneft" Istehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirilən brifinqdə bildirib. O qeyd edib ki, "Günəşli" yatağında yanğının söndürülməsi ilə əlaqədar işlər davam etdirilir: "Əlavə bir neçə mütəxəssis bu işə cəlb olunub, 10-li özüldə meydançaya qalxıb yerdə vəziyyıtiti görüb qərar verməlidirlər". Onun sözlərinə görə, sabahdan havanın pisləşməsinə görə, gəmilərlə axtarış küləyin hansı dərəcə olmasına görə dayandırılıb sonra davam etdiriləcək. "Özüllərdə idarələrdə küləyin sürətindın asılı olaraq görülməsi mümkün olan işlər görüləcək".
Onun sözlərinə görə, həmin mütəxəssislər xarici mütəxəssislərdir.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/guclu-kulek-olarsa-gemilerle-isler-dayandirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR