Muzeyə Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib

Muzeyə Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib
16:23 8 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, mulyaj Rusiyanın Sankt-Peterburq şəhərindəki Artilleriya, Raket qoşunları və Rabitə qoşunları Hərbi-Tarixi Muzeyində qorunan Naxçıvan xanlığının dövlət bayrağının tam oxşarı olaraq düzəldilib.
Xatırladaq ki, Rusiya muzeylərində Naxçıvan xanlığına aid bayraqları ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov aşkara çıxarıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muzeye_Naxchivan_xanliginin_dovlet_bayraginin_mulyaji_hediyye_edilib-909348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR