Şəkidə qızlardan ibarət məktəb komandaları arasında voleybol turnirinə start verilib

Şəkidə qızlardan ibarət məktəb komandaları arasında voleybol turnirinə start verilib
16:28 8 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 8 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının on ikinci ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində dekabrın 8-də Şəki şəhərində qızlardan ibarət məktəb komandaları arasında voleybol üzrə xatirə turniri başlanıb.
Şəhər təhsil şöbəsi, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 8 nömrəli tam orta məktəbin idman zalında keçirilən birincilikdə 8 komanda mübarizə aparır.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov və başqaları çıxış edərək Ümummilli Liderin əziz və nurlu xatirəsinin onu sevənlərin qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Üç gün davam edəcək birinciliyin yekununda qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR