ABŞ səfiri neftçi ailələrinə baş sağlığı verdi

ABŞ səfiri neftçi ailələrinə baş sağlığı verdi
16:31 8 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Azərbayacandakı səfiri Robert Sekuta “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza qurbanlarının ailələrinə baş sağlığı verib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bununla bağlı Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlıya məktub göndərib. Məktubda deyilir:

"Mən Xəzər dənizində SOCAR-a məxsus platformada yanğın zamanı həlak olan və itkin düşən şəxslərin yaxınlarına baş sağlığı verirəm. Bu faciə ilə bağlı təssüf hissi keçiririk. Hadisə vaxtı sağ qalanların olmasına görə çox sevindik. Adları sitkin siyahaısında olan insanların da tezliklə tapılacağına ümid edirik. Bizim bütün dualarımız itkin düşənlər və onların yaxınları ilədir".


ABŞ səfirliyinin məktubu

Dekabrın 4-də Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.


Xəzərdə "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın


Hadisə ilə bağlı SOCAR, FHN və Respublika Baş Prokurorluğunun birgə açıqladığı məlumatda 33 nəfərin təxliyyə edildiyi, 7 nəfərin isə cəsədinin sudan çıxarıldığı bildirilir. 23 nəfərin axtarışları davam etdirilir.

Baş vermiş faciə ilə bağlı Azərbaycanda 6 dekabr 2015-ci il dövlət başçısının sərəncamı ilə matəm elan edilib.


Həmçinin oxuyun:
Dalğıclar 10-cu platformanın altında
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366768

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR