​AZAL Bakı-Dubay marşrutu ilə endirimli reysləri bərpa edir

​AZAL Bakı-Dubay marşrutu ilə endirimli reysləri bərpa edir
16:42 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramları ilə əlaqədar olaraq Bakı-Dubay-Bakı (Əl-Məktum hava limanına) marşrutu ilə endirimli (low-cost) aviareyslərini bərpa edir.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a bildirib ki, Yeni il ərəfəsində ənənəvi olaraq turist axınının artacağını nəzərə alan şirkət ölkə vətəndaşları və xarici turistlərin uçuşlara tələbatının təmin edilməsi məqsədilə sözügedən istiqamətdə müntəzəm uçuşlar yerinə yetirəcək: “Yeni il qabağı dekabrın 26, 28, 29, 30-da və gələn ilin yanvarın 2-6-da gündəlik olaraq Bakıdan Dubay istiqamətində müntəzəm endirimli uçuşlar həyata keçiriləcək. Eyni zamanda, bu marşrutla həmin günlərdə əlavə reyslərin həyata keçirilməsi nəzərdə tutulub”.
"Bununla belə, qeyd olunan uçuşlara digər tarixlərdə və mövsümlərdə tələbatın yarandığı zaman, AZAL həmin reyslərin həyata keçirilməsinə daim hazırdır", - deyə şirkət rəsmisi qeyd edib.
Bu istiqamət üzrə "Embraer 190" təyyarəsi ilə yerinə yetiriləcək uçuşlara aviabiletin qiyməti sabit olaraq (bütün rüsumlar daxil olmaqla) bir tərəfə 99 avro təşkil edəcək.
Xatırladaq ki, AZAL Bakı-Dubay istiqamətində "loukost" uçuşlarını aşağı tələbat səbəbindən müvəqətti dayandırmışdır.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/azal-baki-dubay-marsrutu-ile-endirimli-reysleri-berpa-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR