​BQXK təmsilçiləri erməni girovluğunda olan azərbaycanlılara baş çəkib

​BQXK təmsilçiləri erməni girovluğunda olan azərbaycanlılara baş çəkib
16:42 8 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərovla görüşüblər.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Komitə təmsilçiləri onların saxlanıldıqları yerin şəraiti ilə bağlı montorinq keçirib, girovlara münasibətlə maraqlanıb, eləcə də ailə üzvləri ilə təmas saxlamaqda onlara yardım edib.
"BXQK-nin mandatına əsasən, biz davamlı olaraq, saxlanıldıqları yerin şəraiti ilə tanış olmaq, qohumları ilə xəbər mübadiləsi etmələri üçün girovlarla görüşəcəyik ", - deyə BXQK təmsilçisi bildirib.
Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov 2014-cü il iyunun 29-da Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda əzizilərinin qəbirini ziyarət etməyə gediblər. Bu zaman ermənilər Həsən Həsənovu öldürüb, Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürüblər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR