Boks üzrə Naxçıvan şəhər açıq birinciliyində 30-dan çox idmançı mübarizə aparıb

Boks üzrə Naxçıvan şəhər açıq birinciliyində 30-dan çox idmançı mübarizə aparıb
16:53 8 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 8 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi ilə keçirilən gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 11 çəki dərəcəsində 30-dan çox idmançı mübarizə aparıb.
Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Kəngərli, Şərur və Culfa rayonlarını da təmsil edən idmançılar iştirak ediblər.
Yarışın yekun nəticəsinə əsasən, Sənan Rzayev (Culfa rayonu), Arif Bayramov (Naxçıvan şəhəri), Yenisey İmanov (Naxçıvan şəhəri), Elnur Mustafayev (Şərur rayonu), Yunus Emre Erol (Naxçıvan şəhəri), Yuris Allahverdiyev (Naxçıvan şəhəri), Məhəmməd Bayramov (Kəngərli rayonu), Qənbər Abdullayev (Naxçıvan şəhəri), Turqay Məmmədov (Şərur rayonu), Toğrul İsmayılov (Naxçıvan şəhəri) və Rasim İsgəndərov (Şərur rayonu) müvafiq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.
Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_uzre_Naxchivan_seher_achiq_birinciliyinde_30_dan_chox_idmanchi_mubarize_aparib-909364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR