“Basatın Təpəgözü öldürməsi” boyu 25 dildə

“Basatın Təpəgözü öldürməsi” boyu 25 dildə
17:03 8 Dekabr 2015
9 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Basatın Təpəgözü öldürməsi” boyunu 25 dilə çevirərək nəşr edib.
Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kitablarin çapı Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” imzaladığı müvafiq Sərəncama əsasən gerçəkləşib.
Sərəncama əsasən qəbul edilmiş tədbirlər planında Henrix Fridrix fon Ditsin dünya elmi, filologiya və mədəniyyətşünaslığı üçün son dərəcə önəmli olan bu kitabının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən iyirmi beş dilə tərcümə edilərək nəşri bir layihə kimi nəzərdə tutulmuşdu.
Azərbaycan dili ilə yanaşı, müxtəlif dünya xalqlarının - türk, alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, gürcü, erməni, yəhudi, macar, italyan, Ukrayna, həm də respublikamızda yaşayan etnik toplumların - xınalıq, tat, kürd, talış, udin, ləzgi dillərində nəşr edilən bu kitablar ölkəmizin mənəvi dünyasının zənginliklərini göstərməklə yanaşı, eyni zamanda, Azərbaycan multikultural əhvalının bariz göstəricisidir. Layihənin ilk mərhələsində kitabın 25 dildə nəşri nəzərdə tutulur.
Kitaba Henrix Fridrix fon Ditsin yazdığı “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı “Ön söz” və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy” daxildir. Kitab müxtəlif dillərə həmin dillərin birbaşa daşıyıcıları tərəfindən tərcümə olunub. Layihənin növbəti mərhələlərində bu kitabın ispan, portuqal, İndoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə çap edilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Basatin_Tepegozu_oldurmesi_boyu_25_dilde-909371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR