Rəşad Abdullayev 350-yə çatdı

Rəşad Abdullayev Azərbaycan çempionatlarında 350-ci matçını keçirib.

Onun yubiley oyunu Topaz Premyer Liqasının XV turunun “Neftçi” ilə qarşılaşmasına təsadüf edib. Matçın gedişində oyuna daxil olan yarımmüdafiəçi Azərbaycan çempionatlarının 23 illik tarixinə 350 və daha çox qarşılaşmada iştirak edən 6-cı futbolçu kimi düşüb. Belə ki, onadək yalnız 5 oyunçu buna nail olub. Bu göstəricidə mütləq rekord isə Mahmud Qurbanova məxsusdur – 421 oyun.

Ölkə çempionatında 1999/2000 mövsümündə debüt edən Abdullayev karyerası ərzində “Xəzər Universiteti”, “Xəzər Lənkəran”, “Neftçi”, “Qəbələ”, “Rəvan”, AZAL və “Zirə”də çıxış edib. O, 350 matçda 54 qol vurub.

Qeyd edək ki, 16-cı mövsümünü keçirən yarımmüdafiəçi “Xəzər Lənkəran”da bir (2006/07), “Neftçi”də iki dəfə (2010/11,2011/12) çempion tituluna yiyələnib.

MövsümklubuOyunqol
1999/2000Xəzər Universiteti (Bakı)61
2000/01Xəzər Universiteti (Bakı)183
2001/02Xəzər Universiteti (Bakı)215
2003/04Xəzər Universiteti (Bakı)153
2004/05Xəzər Lənkəran262
2005/06Xəzər Lənkəran24
2006/07Xəzər Lənkəran234
2007/08Xəzər Lənkəran244
2008/09Xəzər Lənkəran182
2009/10Neftçi (Bakı)262
2010/11Neftçi (Bakı)267
2011/12Neftçi (Bakı)277
2012/13Qəbələ255
2013/14Rəvan (Bakı)160
2013/14AZAL (Bakı)140
2014/15AZAL (Bakı)287
2015/16Zirə (Bakı)132
Cəmi35054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR