İtkin düşən neftçilərin axtarışı dayandırıla bilər

İtkin düşən neftçilərin axtarışı dayandırıla bilər
17:06 8 Dekabr 2015
118 Şou
Ölkə mətbuatı
A- A+

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları dayandırıla bilər.
 
Axşam.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
 
Baş mühəndis qeyd edib ki, belə bir qərarın qəbul olunmasına havaşəraitinin sabahdan etibarən kəskin pisləşməsi səbəb ola bilər.
 
Onun sözlərinə görə, müvafiq qərar Fövqəladə Hallar Nazirliyi tərəfindən veriləcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR