İnsanlar smartfonlara ildə 49 gün vaxt sərf edirlər

17:08 8 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Avstriyalı alimlərin hesablamalarına görə, smartfonlar ildə təxminən 49 gün vaxtımızı alır.
AZƏRTAC “qwrt.ru” saytına istinadən bildirir ki, statistikaya əsasən, 16-30 yaşlı istifadəçilər gün ərzində təxminən 150 dəfə smartfonun displeyinə nəzər salır. 46-65 yaşlı insanlarda müvafiq göstərici iki dəfə azdır, amma onlar gündə buna təxminən 1,5 saat sərf edirlər. Gənclər isə smartfonlarla təxminən 3,2 saat vaxt keçirirlər.
Avstriyanın Teylor Nelson Sofres (TNS) araşdırma şirkətinin direktoru Alister Litvud bildirib ki, bu göstəricilər ondan xəbər verir ki, insanlar həyatdan zövq almaq, darıxmaq və öz düşüncələri ilə baş-başa qalmaq hisslərini unudublar. Onun əvəzində sosial şəbəkələrdə dərc edilmiş xəbərlərə saatlarla vaxt sərf etməyə hazırdırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Insanlar_smartfonlara_ilde_49_gun_vaxt_serf_edirler-909374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR