ADMİU-nun əməkdaşları beynəlxalq teatr festivalında

ADMİU-nun əməkdaşları beynəlxalq teatr festivalında
17:13 8 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və “SABAH” qrupunun tələbələri Polşanın Krakov şəhərində Adam Mitskeviç İnstitutunun dəvəti ilə VIII Beynəlxalq “İlahi komediya” teatr festivalında iştirak edirlər.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, “İlahi komediya” sənətsevərlərə Polşanın müasir teatr həyatı ilə yaxından tanış olmaq imkanı yaradan, dünyanın ən maraqlı beynəlxalq teatr festivalıdır. Universitetin müəllim və tələbələri beynəlxalq əməkdaşlıq, mədəni mübadilə, Polşanın müasir teatr həyatı ilə tanışlıq, tələbələr və müəllimlər arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə zəngin proqramı olan festival çərçivəsində nümayiş etdirilən on altı tamaşanı izləyəcəklər.
ADMİU-nun təmsilçiləri, eyni zamanda, müasir teatr sənətinin tanınmış rejissor və aktyorları ilə görüşəcək, “ustad dərsləri”ndə, mühazirə və seminarlarda iştirak edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADMIU_nun_emekdaslari_beynelxalq_teatr_festivalinda-909377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR