Sabah 4 rayonda qaz olmayacaq

Sabah 4 rayonda qaz olmayacaq
17:39 8 Dekabr 2015
180 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 9-də saat 10:00-dan 18:00-dək bir neçə rayonda qaz olmayacaq. Lent.az-ın məlumatına görə, “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-1”, “Türkan-2”, “Novxanı” və “Mərdəkan bağları”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Muğan”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

Təmir müddətində Bərdə rayonunun Mehdixanlı və Seyidhüseynli, Hacıqbul rayonunun Muğan və Udulu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun, həmçinin Xəzər rayonunun Türkan qəsəbəsi və Mərdəkan qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR