Yolu "NZS"ə düşənlərə bəd xəbər

Yolu "NZS"ə düşənlərə bəd xəbər
17:42 8 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda  təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik mədudlaşdırılacaq.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib. 

Onun sözlərinəgörə sabahdan etibarən Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişməsindən Mingəçevir küçəsi ilə kəsişməsinədə təmir işləri görüləcək.

"Sürücülərin nəzərinə, 9 dekabr 2015-ci il tarixindən etibarən Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişməsindən Mingəçevir küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik mədudlaşdırılacaq. 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir".

Ceyhun Ələkbərov
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR