Heydər Əliyev adına NEZ-də bitum qurğusunun tikintisi üçün hazırlıq işlərinə başlanılıb

Heydər Əliyev adına NEZ-də bitum qurğusunun tikintisi üçün hazırlıq işlərinə başlanılıb
17:48 8 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) bitum qurğusunun tikintisi üçün hazırlıq işlərinə başlanılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni bitum istehsalı qurğusunun inşası üçün zavodun tikintisi yarımçıq saxlanılmış “kükürd qurğusu”nun ərazisində müvafiq yer ayrılıb. Ərazidə olan tikililər sökülüb və metal qırıntıları daşınaraq çıxarılıb. Çoxsaylı kran, buldozer və digər maşın-mexanizmlər vasitəsilə ərazi tullantılardan təmizlənib, torpaq-qazma işləri aparılıb. Yeni bitum istehsalı qurğusunun 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulub.
Neft emalı zavodunun rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və burada “Avro 5” standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur. Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik riforminq qurğularının, ümumiyyətlə zavod təsərrüfatının rekonstruksiya edilməsi, eləcə də bir neçə yeni qurğunun inşası planlaşdırılır. Rekonstruksiya tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusunun istismara veriləcəyi proqnozlaşdırılır. Bu tədbir keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturunun tamamilə istismardan çıxarılmasına, Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, eyni zamanda, yüksək keyfiyyətli bitum istehsalına və Bakıda ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_adina_NEZ_de_bitum_qurgusunun_tikintisi_uchun_hazirliq_islerine_baslanilib-909397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR