İşçilərin siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilir

İşçilərin siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilir
17:52 8 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bir sıra qurumların işçilərinin attestasiyası zamanı onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna, "Gömrük orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də əlavələrdə öz əksini tapıb.

Belə ki, daxili işlər, gömrük və prokurorluq orqanları işçilərinin attestasiyası zamanı onların siyasi baxışlarına və etiqadlarına görə qiymət verilməsi qadağan olunacaq. Eyni zamanda, attestasiya zamanı həmin qurumların əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi də qadağan ediləcək.

Qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR