Gəncədə qadın əməliyyatdan sonra dünyasını dəyişib

Gəncədə qadın əməliyyatdan sonra dünyasını dəyişib
17:52 8 Dekabr 2015
62 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında  (TTYX) əməliyyat olunan qadın dünyasını dəyişib. "Report"un məlumatına görə Goranboy rayon sakini 32 yaşlı Xeyrənisə Ələkbərova xəstəxananın Cərrahiyyə şöbəsində bu gün öd kisəsindən əməliyyat olunub. 
X.Ələkbərova əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib və qəfildən halı dəyişən qadına tibbi yardım göstərilməsinə baxmayaraq o dünyasını dəyişib.
Qeyd edək ki, X.Ələkbərova üç uşaq anasıdır və onun həyat yoldaşı Qurban Ələkbərov ötən il xəstəlikdən dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gencede-qadin-emeliyyatdan-sonra-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR