Latviya Bankı 5 avro nominalı dəyərində gümüş kolleksiya sikkəsi buraxıb

Latviya Bankı 5 avro nominalı dəyərində gümüş kolleksiya sikkəsi buraxıb
17:53 8 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Latviya Bankı 5 avro nominalı dəyərində gümüş kolleksiya sikkəsi buraxıb.
AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, sikkənin buraxılması Riqada gümüş sikkələrin zərb edilməsinin 500 illiyinə həsr olunub. Dizaynının müəllifi Laymonis Şenberqs olan sikkələr Niderland sikkəxanasında 7 min nüsxə tirajla buraxılıb. Latviya Bankının kassalarında sikkənin qiyməti 28 avro təşkil edəcək.
Qeyd edək ki, Riqada gümüş sikkələr ilk dəfə 1515-ci ildə zərb edilməyə başlayıb. Bir qədər əvvəl Latviya Bankı üzərində pişik və hacıleylək təsviri olan xatirə sikkələri buraxmışdı.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Latviya_Banki_5_avro_nominali_deyerinde_gumus_kolleksiya_sikkesi_buraxib-909398

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR