Neymar və Simeone La Liqanın ən yaxşısı seçildi

Neymar və Simeone La Liqanın ən yaxşısı seçildi
17:57 8 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Neymar ötən ay La Liqanın ən yaxşı futbolçusu seçilib.


Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu ötən ay La Liqanın 3 oyununda meydana çıxıb.


24 yaşlı futbolçu ötən ay 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Neymar noyabr ayında "Vilyareal" (3:0), Madrid "Real"ı (4:0) və "Real Sosyedad"la (4:0) görüşlərdə 90 dəqiqə oynayıb.


Qeyd edək ki, "Atletiko" (Madrid) klubunun çalışdırıcısı Dieqo Simeone ötən ay La Liqanın ən yaxşı baş məşqçisi adını qazanıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neymar-v-simeone-la-liqann-n-yaxs-secildi-t46010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR