İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə etdi

İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə etdi
17:57 8 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə edib və bu şirkətlər hazırda birgə kompleks fəaliyyət planının (JCPOA) icra olunmasını gözləyirlər.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə Finlandiya-İran biznes-forumu çərçivəsində jurnalistlərə deyib.

M.Nemətzadə bildirib ki, hazırda Yaponiya və İtaliya şirkətləri ilə razılıq əldə etmək üçün danışıqlar gedir.

O qeyd edib ki, Finlandiya meşə təsərrüfatı, ekologiya, bərpa olunan enerji, su və kanalizasiya sistemləri və digər sahələrdə İranla əməkdaşlıq edə bilər: "Təklif etmişik ki, 2016-cı ilin fevral ayında Tehranda iki ölkənin şirkətlərinin iştirakı ilə biznes-forum keçirilsin".

İran və Finlandiya arasında ticarət dövriyyəsi sanksiyalara görə 2014-cü ildə 23 milyon avro dəyərində olub. Bu rəqəm 2006-cı ildə isə 200 milyon avro təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR