​Türkiyə XİN sözçüsü: "Mosuldan geri çəkilməmişik"

​Türkiyə XİN sözçüsü: "Mosuldan geri çəkilməmişik"
17:57 8 Dekabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ "Türkiyə İraqın Mosul əyalətinin Başıka hərbi düşərgəsindən geri çəkilməyib, ancaq ora əsgər göndərməyi dayandırıb".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Xairici İşlər Nazrilyinin sözçüsü Tanju Bilgic deyib.
XİN təmsilçisi bildirib ki, Türkiyə Mosula yeni daxil olmayıb: "Oradan geri çəkilməmişik. Ancaq əlavə əsgər göndərməyəcəyik".
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri 2 il yarımdır terrorçulara qarşı mübarizə aparmaq üçün İraqın Şimalındakı Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.
İraq hökuməti isə Türkiyədən 48 saat ərzində həmin ərazidən çıxmağı tələb edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR