Gömrükçülər Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Gömrükçülər Heydər Əliyev Mərkəzini ziyarət ediblər
17:58 8 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 8-də Dövlət Gömrük Komitəsinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ziyarətə gələn gömrük əməkdaşlarına Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq da qonaqlarda maraq doğurub. Qeyd edilib ki, muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Burada Heydər Əliyevin həyat yolu, onun barəsində maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur.

Bildirilib ki, muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Muzeyin ən maraqlı bölmələrindən biri də Heydər Əliyevin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır.

Dövlət Gömrük Komitəsinin əməkdaşları Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR