“Rosneft” “Petrocas Energy Group”un səhmlərinin 49%-ni alıb

10:27 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 10:23 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyanın “Rosneft” şirkəti “Petrocas Energy Limited”in səhmlərinin 49%-nə sahib olub.

 

APA-Economics”in “Rosneft”in rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər Rusiya neft şirkətinin Cənubi Qafqazda fəaliyyətinin həyata keçirilməsi üçün birgə müəssisə yaratmaq niyyətindədirlər. Müqavilənin ümumi dəyəri şirkətlər tərəfindən açıqlanmır.

 

Rusiya mətbuatının verdiyi məlumata görə, “Petrocas Energy Group”un rəhbəri David Yakobaşvili şirkətin əsas səhmdarı olaraq qalır və sahib olduğu qiymətli kağızları gələcəkdə satmaq niyyətində deyil.

 

Qeyd edək ki, “Petrocas Energy Group”un əsas fəaliyyət istiqaməti Xəzər dənizi regionunda neftin tədarüküdür. Şirkət həmçinin Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ermənistanda yanacaqdoldurma məntəqələrinə sahibdir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR