"Formula-1" biletlərinin satışa çıxarılması münasibətilə Bakıda mərasim təşkil olunacaq

"Formula-1" biletlərinin satışa çıxarılması münasibətilə Bakıda mərasim təşkil olunacaq
18:02 8 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisinin biletləri dekabrın 19-dan onlayn satışa çıxarılacaq. Bakı Şəhər Halqasından (BŞH) "Report"a verilən məlumata görə, satışın başlaması həmin ərəfdə paytaxtda təşkil olunacaq möhtəşəm “Son 6 ay” tədbirl ilə eyni günə təsadüf edəcək.
Biletləri www.bakucitycircuit.com saytı vasitəsilə yarışa düz 6 ay qalanda əldə etmək mümkün olacaq. “Son 6 ay” tədbiri Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşaiyət olunacaq. Bununla da "Formula-1"in gəlişini ölkə sakinlərinə çatdırılacaq.
Avropa Qran Prisi azarkeşlərə start/finish zolağına mənzərəyə açılan Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara bilet üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zona və podiumlarından baxmağa imkan verən ayaqüstü biletlər də satışda olacaq.
Qeyd edək ki, gələn ilin 17 - 19 iyununda keçiriləcək Avropa Qran Prisində maşınlar UNESCO Dünya İrsinə daxil edilmiş İçəri Şəhərdən keçməklə Bakının müasir göydələnlər və Xəzər sahili zolağında hərəkət edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/formula-1-biletlerinin-satisa-cixarilmasi-munasibetile-bakida-merasim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR