Bank müdirinin anası: "Buraxın onları, belə məhkəmə bizə lazım deyil..."

Bank müdirinin anası: "Buraxın onları, belə məhkəmə bizə lazım deyil..."
18:12 8 Dekabr 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də "Avropa" otelinin idman zalında öldürülən "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud SəfərovSənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili çıxış edib.

Təqsirləndirilən Mövlud Səfərovun vəkili Cavid Rzazadə vəsatət verərək məhkəmə istintaqının yenilənməsini xahiş edib:"Cinayət işi üzrə zərərçəkmiş şəxs Əfəndiyev Ruslan Şakir oğlunun nümayəndəsi Qənbərov Nadir Bilal oğlu həm ibtidai araşdırma dövründə, həm də cinayət işinin məhkəmə icraatında olduğu dövrdə heç bir qanuni əsas olmadan nümayəndə qismində iştirak etməsi, cinayət prosesinə müdaxilələr etməsi, vəsatət verməsi, verilmiş vəsatətlərə münasibət bildirməsi, hətta müdafiə tərəfinin Ruslan Əfəndiyevə ünvanlanmış suallara etirazlar etməsi cinayət işi üzrə mövcud sübutların tədqiqinə və yeni sübutların müəyyən olunmasına maneçilik törədən kobud prosessual pozuntu hesab edilməlidir.

Məhkəmə istintaqı başlanılmazdan əvvəl təqsirləndirilən şəxslər ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə istintaqında bütün zərərçəkmiş və şahidlər dindirilmədən, cinayət işinin materiallarında olan sübutlar tədqiq edilmədən, xüsusən hadisəni əks etdirən videogörüntülər nümayiş etdirilməklə həmin görüntülərlə bağlı zərərçəkmiş şəxslər və şahidlərə sual vermək şəraiti yaradılmadan hər hansı bir sənədə imza atmaq, hər hansı bir ifadə vermək və hər hansı bir sualı cavablandırmaqdan imtina etdiklərini bildirib. Həmin ərizənin məzmunundan göründüyü kimi, təqsirləndirilən şəxslər ümumilikdə ifadə verməkdən imtina etməmişlər, yalnız sadalanan istintaq hərəkətləri aparıldıqdan sonra ifadə vermək niyyətində olduqlarını bildiriblər. Görünən odur ki, təqsirləndirilən şəxslər ifadə vermək hüquqlarından istifadə edə bilməmişlər, onlara bu şərait yaradılmamış, məhkəmə istintaqı "tez-bazar" şəkildə, hətta müdafiəçilərin mövqeyi öyrənilmədən başa çatdırıləb. Təqsirləndirilən şəxslərin ifadələri sübut hesab edilsə də, həmin sübutün tədqiqi məhkəmə istintaqının gedişatında təmin edilməyib. Hesab edirik ki, təqsirləndirilən şəxslərin ifadələri mühüm sübuti əhəmiyyətə malik olduğundan onlar əsasında əlavə tədqiqat tələb edildiyi açıq aşkardır.

Məhkəmə istintaqının gedişatında Səfərov Mövlud Nağı oğlunun xəstəliyi və psixiatr müşahidəsində olmasına dair sənədlər sədrlik edən tərəfindən elan olunsa da, həmin sənədlər üzrə ibtidai araşdırmanın gedişatında olduğu kimi, məhkəmə istintaqının gedişatında da, əlavə tədqiqat aparılması zəruri bilinməyib, müvafiq ekspertizanın təyin edilməsi üçün vəsatət verməyə müdafiə tərəfinə fürsət belə verilməyib.

Məhkəmə istintaqının gedişatında müdafiə tərəfinin vermiş olduğu vəsatətlərin bir qismi baxılmamış saxlanılmaqla, həmin vəsatətlərə məhkəmə istintaqının sonrakı gedişatında münasibət bildiriləcəyi sədrlik edən tərəfindən elan edilsə də, məhkəmə istintaqının sonrakı gedişatında həmin vəsatətlərə münasibət bildirilməyib, onların təmin edilib-edilməməsinə dair qərar qəbul edilməyib.

Məhkəmə araşdırması dövlət ittihamçısının təklif etdiyi ardıcıllığa uyğun olaraq ilk növbədə ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinin, sonradan isə müdafiə tərəfinin təqdim edəcəyi sübutların tədqiqinin aparılması ilə həyata keçirilməsi məhkəmə kollegiyası tərəfindən müəyyən edilsə də, ittihamın son sübutu olan videomateriala baxış keçirildikdən sonra faktiki olaraq müdafiə tərəfinə öz sübutlarını təqdim etmək və onların tədqiqini həyata keçirmək üçün şərait yaradılmayıb.Bunları nəzərə alaraq, cinayət işi üzrə məhkəmə istintaqının təzələnməsini xahiş edirəm".

Dövlət ittihamçısı Mahir Abbasov vəsatətə münasibət bildirərək deyib ki, təqsirləndirilən şəxslərə öncədən çıxış üçün imkan yaradılıb: "Sadəcə, onlar bu hüquqlarından istifadə etmədilər. Məhkəmə prosesi zamanı müdafiə tərəfinin vəsatətləri əsasında əlavə şahidlər çağırılaraq dindirlib, hadisənin baş verdiyi müəssisəyə sorğular göndərilib. Hadisəni əks etdirən videoya baxış keçirilib. Zərərçəkmiş şəxsin etiraz etdiyi məsələlərə mən də etiraz etmişəm. Müdafiə tərəfinin bu vəsatəti əsassızdır. Xahiş edirəm, təmin edilməsin".

Zərərçəkmiş, mərhum Azər Məmmədovun hüquqi varisi, anası Gülsabah Əhmədovanın nümayəndəsi Samir İsayev vəsatətə münasibət bildirərək deyib ki, dövlət ittihamçısının çıxışı ilə razıdı: "Dövlət ittihamçısı mənim deyəcəklərimin əsas hissəsinə toxundu. Müdafiə tərəfi hazırlıq iclasında öz sübutlarını təqdim etməyib. Bundan başqa, əgər təqsidləndirilən Mövlud Səfərovun psixi problemləri vardısa, bunu əvvəldən bildirmək lazım idi. O, artıq prosesə iştirak edib, vəsatətlərə münasibət bildirib. Xahiş edirik, vəsatət təmin edilməsin".

Gülsabah Əhmədova vəsatətə etiraz edib: "Mənə belə məhkəmə lazım deyil. Buraxın onları çıxıb getsinlər. Mən bağışlayıram, siz də bağışlayın. Hər iclasda bir kağız çıxarıb prosesi uzadırlar".

Məhkəmə kollegiyası yerində müşavirə edərək vəsatətin əsassız olduğunu bildirərək təmin edilməməsinə qərar verib.

Vəkil Samir İsayev çıxış edərək hər iki təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib: "Tam ədalətli və obyektiv məhkəmə prosesi keçirildiyi üçün hakimlərə təşəkkür edirəm. Dövlət ittihamçısına da minnətdaram ki, sübutların hamısını bir-bir çıxışında qeyd edib. Düzdü, mən ötən prosesdə iştirak etmədim, amma bilirəm ki, hansı cəza istəyib. Zərərçəkən hüquqi varisi hesab edir ki, dövlət ittihamçısının istədiyi cəza ittihama uyğun deyil. Biz hesab edirik ki, təqsirləndirilən şəxslər ittiham olunduqları maddə üzrə hər ikisi ömürlük azadlıqdan məhrum edilsin".

Bundan başqa törədilən cinayət öncəsi təhlükəsizlik tədbirlərinin görülmədiyi üçün otel rəhbərliyi haqda qərar çıxarılmasını istənilib: "Müəssisə rəhbərliyi tərəfindən təhlükəsizliyin tam təmin edilməməsinə görə istənilən şəxsin ora rahat silah keçirə bilib. Xahiş edirəm, cinayətin baş verməsi barədə xüsusi araşdırma aparılması üçün müvafiq qurumlara müraciət etmək haqda qərar çıxarılsın".

Bundan sonra müdafiə tərəfinə çıxış üçün söz verilib.

Təqsirləndirilən Sənan Quliyevin vəkili Vasif İsrafilov çıxış üçün 1 ay, digər təqsirləndirilən Mövlud Səfərovun vəkili Cavid Rzazadə isə 3 həftə vaxt istəyib.

Gülsabah Əhmədova buna etiraz edib: "Dörd aydı proses gedir, 4 aydı çıxış edirsiz. Bəsdir daha".

Hakim bildirib ki, hər iki vəkil üçün 1 həftə vaxt bəs edər.

Vəkil Cavid Rzazadə buna etiraz edərək bundan öncə dövlət ittihamçısına 2 həftə vaxt verildiyini xatırladıb.

Dövlət ittihamçısı Mahir Abbasov ona 2 yox, bir həftə vaxt verildiyi bildirib: "Biz prosesdə saatlarla vəkilləri gözləmişik. Bir dəfə prose gəlmədiyiniz üçün iclas təxirə düşüb. Xahiş edirəm, bu barədə Vəkillər Kollegiyasına məlumat verilsin".

Xatırladaq ki, noyabrın 10-da olan prosesdə dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Buna görə də məhkəmə kollegiyası tərəfindən 2 həftə vaxt verilib və növbəti iclas noyabrın 24-nə təyin edilib. Həmin iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Sənan Quliyevin ömürlük, Mövlud Səfərovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər kollegiyasının qərarı ilə məhkəmə prosesi dekabrın 15-nə təyin olunub. Hakim Səbuhi Hüseynov bildirib ki, müdafiə tərəfinin vəkilləri həmin günə çıxış üçün hazır olmasalar onlar barəsində Vəkillər Kolleviyasına müraciət edəcəklər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11

Bir ailənin 5 üzvü zəhərləndi - Balakəndə

25 Sentyabr 2017 22:09

"Qəbələ" "Neftçi"yə divan tutdu - 7:1

25 Sentyabr 2017 22:07

Naim Süleymanoğlu ölüm ayağında - Təcili...

25 Sentyabr 2017 21:58

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

25 Sentyabr 2017 21:52

"Ordumuz İraqa girə bilər" -

25 Sentyabr 2017 21:50

Dünyanın ən bahalı brendləri açıqlandı - SİYAHI

25 Sentyabr 2017 21:49

Prezidentdən SƏRƏNCAM: Ziya Məmmədovun adı çıxarılsın

25 Sentyabr 2017 21:48

Mingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpıb, 6 nəfər yaralanıb

25 Sentyabr 2017 21:47

Tovuzda FACİƏ: Usta "laqonda" ilə ayağını doğradı

25 Sentyabr 2017 21:43

Mixail Qusmana "Kavaler" ordeni təqdim edildi

25 Sentyabr 2017 21:33

SON DƏQİQƏ:Türkiyə və İraq hərəkətə keçdi -

25 Sentyabr 2017 21:30

İraq və Türkiyə birgə hərbi təlimlərə başladı

25 Sentyabr 2017 21:29

Kərkük qarışdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var

25 Sentyabr 2017 21:28

ABŞ-ın başına 5 milyon pul qoyduğu çeçenin cəsədi tapıldı - FOTO (18+)

25 Sentyabr 2017 21:23

İraq Kürdüstanında səsvermə başa çatdı

25 Sentyabr 2017 21:19

Hitlerin gizli nüvə mərkəzi tapıldı

25 Sentyabr 2017 21:18

Neftin qiyməti iki illik maksimumuna çatıb

25 Sentyabr 2017 21:12