Müşfiq Hətəmov: "Gələn il tarixi mövzuda beş film çəkməyi planlaşdırırıq"

Müşfiq Hətəmov: "Gələn il tarixi mövzuda beş film çəkməyi planlaşdırırıq"
18:17 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ "2014-cü ildə "Azərbaycanfilm" Kinostudiyasının çəkdiyi filmlər dünyanın 52 nüfuzlu festivalında nümayiş etdirilib və mükafatlar qazanıb".
"Report" xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
O bildirib ki, Azərbaycan istehsalı olan filmlərin 2015-ci ildə təmsil olunduğu beynəlxalq festivallar və qazandığı mükafatlar haqda dekabrın sonunda mətbuata məlumat veriləcək. M.Hətəmov qeyd edib ki, "Azərbaycanfilm" 2016-cı ildə isə tarixi mövzuda beş film çəkməyi planlaşdırır. 
Fransanın tanınmış kinoşirkətlərinin biri ilə ortaq film proyektlərinin olacağını deyən M.Hətəmov, Türkiyədən Bakıya gələn tanınmış rejissor Osman Sınavla müştərək film çəkmək niyyətlərinin də olduğunu bildirib: "Bu yaxınlarda Rusiya ilə birlikdə ortaq film proyektimiz oldu. "Qırmızı bağ" adlanan filmin çəkilişləri, montaj və səslənmə prosesi bitib. 2016-cı ildə filmin təqdimatını etmək fikrindəyik. İşlərimiz çoxdur. Mətbuat nümayəndələrindən tək xahişim budur ki, bizi tənqid edəndə qərəzli olmayın. Bizi hər gün tənqid edin, amma qərəzli tənqiddən çəkinin".

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/musfiq-hetemov-gelen-il-tarixi-movzuda-bes-film-cekmeyi-planlasdiririq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR