“Barselona” Suaresə əvəzləyici axtarır

“Barselona” Suaresə əvəzləyici axtarır
18:39 8 Dekabr 2015
101 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” qış transfer dövründə heyətinə mərkəz hücumçusu qatmaq niyyətindədi. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu Luis Suaresi yorulanda əvəzləyə biləcək forvard axtarışındadı.

 

Bir müddət əvvəl Robin van Persi ilə maraqlandığı deyilən “Barselona” hazırda diqqəti 2 hücumçuya yönəldib. Söhbət Alvaro Neqredo və Oskar Kardosodan gedir.

 

“Valensiya”ya keçdikdən sonra Neqredo öz oyununu tam olaraq göstərə bilmir. Uzun müddət “Benfika”da çıxış etmiş Kardoso isə hazırda karyerasını Türkiyənin “Trabzonspor” klubunda davam etdirir.

 

Hər iki futbolçu ilə danışıqlara start verilib. “Barsa” razılığa gələcəyi halda, bu hücumçulardan birini heyətinə qatacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR