Çində məşhur basketbolçu Kobi Brayantın qar üzərində portreti yaradılıb

Çində məşhur basketbolçu Kobi Brayantın qar üzərində portreti yaradılıb
18:53 8 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Çinin Cilin əyalətində Beihua Universitetinin basketbol meydançasında məşhur ABŞ basketbolçusu Kobi Brayantın şərəfinə qardan nəhəng portret yaradılıb.
AZƏRTAC ABŞ-ın latimes.com saytına istinadla xəbər verir ki, beşqat NBA və ikiqat Olimpiya çempionu Kobi Brayant basketbolçu karyerasını bitirəcəyini açıqladıqdan sonra pərəstişkarı Vei Ksudonq bunu idmançıya xatirə jesti olaraq edib.
Beihua Universitetinin tələbəsi olan 21 yaşlı Vei basketbolçunu çox sevdiyini və onun karyerasını tərk edəcəyinə çox üzüldüyünü söyləyib. O, sinif yoldaşlarının və müəlliminin köməkliyi ilə dörd saat ərzində bu əsəri yarada bilib. Yerli televiziya və KİV-lər bu görüntünü yayıblar.
Kobi Brayant “Weibo“ sosial şəbəkəsi vasitəsilə “Əziz basketbol” başlıqlı məktub paylaşıb. Məktubda məşhur basketbolçu Çin xalqına minnətdarlığını bildirib. Veinin və onun dostlarını yaratdığı bu əsərin valehedici olduğunu xüsusi qeyd edib. Həmin şəbəkədə məktub 147 min dəfə təkrar paylaşılıb və 30 min müsbət şərh daxil olub.
Bir həftə əvvəl Vei öz dostları ilə elə həmin meydançada məşhur döyüş ustası və aktyoru Brüs Linin də qardan portretini hazırlamışdılar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinde_meshur_basketbolchu_Kobi_Brayantin_qar_uzerinde_portreti_yaradilib-909443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR