​“Bakcell” abunəçilərinə eyni qiymətə ikiqat mobil internet trafikini təklif edir

​“Bakcell” abunəçilərinə eyni qiymətə ikiqat mobil internet trafikini təklif edir
19:07 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Yeni ildə öz abunəçiləri üçün "eyni qiymətə ikiqat həcmdə gündəlik mobil internet fürsəti" adlı xüsusi kampaniya keçirir.
Şirkətdən “Report”a bildirilib ki, kampaniya çərçivəsində “Bakcell” abunəçiləri gündə 20 qəpik ödəməklə əldə etdikləri 50MB internet trafikinə əlavə olaraq 50MB bonus almaq imkanına malik olacaqlar (50MB + 50MB). 50MB bonus gün ərzində, səhər saat 6:00-dan axşam saat 18:00-dək etibarlıdır.
Eyni zamanda kampaniya davam etdiyi müddətdə 50MB Gündəlik Təkrarlanan İnternet Paketini aktivləşdirən bütün yeni abunəçilər də 50MB+50MB bonus internet trafikini əldə edə biləcəklər.
“Bu yaxınlarda keçirdiyimiz “ikiqat trafik” kampaniyası olduqca uğurlu oldu. Abunəçilərimiz bizə çoxsaylı müraciətlər edərək belə kampaniyaların tez-tez keçirilməsini xahiş edirlər. Abunəçilərimizin xahişlərini nəzərə alaraq və onların Yeni ildə mobil internet xidmətlərinə artan tələbatlarını təmin etmək üçün biz onlara daha çox mobil internet trafiki əldə etmək imkanını təklif etmək qərarına gəldik. Ümid edirik ki, gündəlik 100MB (50MB+50MB) internet paketi müştərilərimizin bayram əhval-ruhiyyəsini artırmağa və sevinc hisslərini öz dostları və yaxınları ilə paylaşmasına öz töhfəsini verəcək”, - Mariya Toyçeva əlavə edib.
Gündəlik 50MB internet paketinin qiyməti dəyişməz olaraq qalacaq, lakin abunəçilər öz mobil telefonlarında musiqi yükləmək, onlayn video izləmək, şəkil yükləyib paylaşmaq və elektron məktublar göndərmək, ”Facebook”, “Whatsapp” və sevdikləri digər xidmətlərdən faydalanmaq üçün ikiqat həcmdə internet trafiki əldə edəcəklər. 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bakcell-abunecilerine-eyni-qiymete-i-kiqat-mobil-i-nternet-trafikini-teklif-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR