Cahangir Hacıyev həbsindən apellyasiya şikayəti verib

Cahangir Hacıyev həbsindən apellyasiya şikayəti verib
19:14 8 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev apellyasiya şikayəti verib.

Lent.az-ın report-a istinadən məlumata görə, bu barədə  onun vəkili Aqil Layicov məlumat verib.

O, C.Hacıyev barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verdiklərini bildirib: “Ərizəni Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişik”.

Vəkil bildirib ki, barəsində həbs qətimkan tədbiri seçilmiş C.Hacıyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, C.Hacıyev üçün evdən gətirilən yemək və suyun qəbul edilmədiyini də deyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR