“anacan.az” ailə portalı təqdim olunacaq

“anacan.az” ailə portalı təqdim olunacaq
19:18 8 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 15-də “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi çərçivəsində hazırlanmış “anacan.az” ailə portalının təqdimatını keçirəcək.
Layihənin rəhbəri Fərhad Abdulov AZƏRTAC-a bildirib ki, Muzey Mərkəzində təqdim olunacaq “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün elan etdiyi ikinci maliyyə müsabiqəsinin qalibi olub.
Layihənin məqsədi gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam formalaşması üçün valideynlərin maariflənə biləcəyi milli ailə portalının yaradılmasından ibarətdir. Hazırda yaradılan milli ailə portalının səmərəliliyinin artırılması və daha böyük kütləyə təsir etməsi məqsədilə bir çox dövlət qurumları ilə rəsmi əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası üzərində müzakirələr aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/anacanaz_aile_portali_teqdim_olunacaq-909456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR