Nardaranda bəzi mənzillərə elektrik enerjisi verildi

19:43 8 Dekabr 2015
35 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakının Nardaran qəsəbəsində bəzi mənzillərə elektrik enerjisinin verilişi bərpa edilib.

"Azərişıq" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə bildirib ki, qəsəbədə bir sıra mənzillərdə smart tipli sayğaclar quraşdırılıb: "Sayğacların quraşdırıldığı mənzillərə həmin sayğaclara yüklənilən vəsait əsasında elektrik enerjisinin verilişi bərpa edilib".

Onun sözlərinə görə, qəsəbəyə elektrik enerjisinin verilişi ilə bağlı xüsusi qərargah yaradılıb: "Abonentlər elektrik enerjisi təchizatı üçün həmin qərargaha müraciət edə bilərlər. Müraciət əsasında hər bir abonentlə fərdi qaydada müqavilə bağlanır, sonra sayğac quraşdırılır".

Qeyd edək ki, noyabrın 27-dən Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb. “Azərişıq” ASC qəsəbəyə verilən elektrik enerjisinin abonentlərin borcuna görə dayandırıldığını bildirmişdi.

Xatirladaq ki, Nardaran qəsəbəsinin sakinləri istifadə etdikləri elektrik enerjisinin pulunu uzun müddətdir ödəmədiyindən elektrik enerjisinə görə borcları 42 milyon 267 min manat olub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2462828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR