Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
19:43 8 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. İllik əməkdaşlıq planına əsasən, Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında keçirilən işçi görüşlərinin, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin və təlimlərinin keçirilməsi qeyd olunub
Səfir V.Doroxin Rusiyanın Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu müdafiə naziri Zakir Həsənova təqdim edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Rusiya_arasinda_herbi_sahede_emekdasligin_inkisaf_etdirilmesi_muzakire_olunub-909465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR