Görkəmli rəssam Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələr yeni kitabda

Görkəmli rəssam Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələr yeni kitabda
19:48 8 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Bülbülə qəsəbəsində yerləşən Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında tarixçi-publisist Təranə Cəbiyevanın Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-şair Əbdülağa Kazımlıya ithaf olunan “Səttar yadigarı” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xəzər dənizində baş vermiş qəzada həlak olan neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Mərziyyə Əhmədova müəllifin ədəbi yaradıcılığı haqqında məlumat verib.
Bildirilib ki, “Bülbülə imamzadəsi”, “Lahıcın dağ vüqarı”, “Bakı kəndlərinə səyahətim”, “Səlahiyyətli səfir” və digər kitablarından sonra bu müəllifin oxucularla sayca onuncu görüşüdür. Bu topluda Əbdülağa Kazımlıdan, onun görkəmli rəssam Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələrindən söhbət açılır. Kitabda istedadlı fırça ustasının rəsm əsərlərinin bir hissəsi və müəllifi olduğu şeirlər də toplanıb.
Görüşdə Əməkdar İncəsənət Xadimi, sənətşünas Ziyadxan Əliyev, Bülbülə Ağsaqqallar Şurasının üzvü Mirzəağa Quliyev, kitabxanaçı Vəsilə Məmmədova, kənd sakini Kazım Əliyev və başqaları çıxış edərək müəllifi təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda rəssamın oğlu Cəlal Babayev müəllifə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gorkemli_ressam_Settar_Behlulzade_ile_bagli_maraqli_xatireler_yeni_kitabda-909468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR