İsrailin Aşdod şəhərində Peşəkar Şahmat Assosiasiyasının təşkil etdiyi sürətli şahmat üzrə beynəlxalq turnir start götürür.
Turnirdə ölkəmizi beynəlxalq qrossmeyster Qədir Hüseynov təmsil edir. Yarışda A və B qruplarında ümumilikdə dünyada tanınmış 12 zəka sahibi mübarizə aparır. A qrupunda təmsilçimizlə yanaşı, D.Yakavenko, Y.Nepomniyaşiy (hər ikisi Rusiya), S.Sevyan (ABŞ), K.Qeorqiev (Bolqarıstan), B.Qelfand (İsrail), B qrupunda İ.Smirin, E.Sutovski (hər ikisi İsrail), V.İvancuk, P.Elyanov (Ukrayna), E.Bakro (Fransa) və R.Rapport (Macarıstan) iştirak edirlər.
Turnir dairəvi sistem üzrə keçirilir və dekabrın 10-da başa çatacaq.