Prezident Çin getdi

Prezident Çin getdi
20:06 8 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 8-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib.

ANS PRESS-in məlumatına görə, Sian şəhərinin beynəlxalq aeroportunda Azərbaycan dövlət başçısını şəhərin rəsmi şəxsləri qarşıladılar.


Prezident İlham Əliyev Sian şəhərinin beynəlxalq aeroportunda

Şərqi Asiyada yerləşən Çin dünyada əhalisinin sayına görə birinci, ərazisinə görə isə üçüncü ölkədir (birinci ölkə Rusiya, ikinci isə Kanadadır). Geniş torpaqlarında zəngin təbii sərvətlərə sahibdir. Çinin ərazisi təxminən 9.6 milyon km2 və ya dünya ərazisinin 6.4%-nə bərabərdir. 2010-cu ildə aparılmış siyahıya 2011-ci ilin aprel ayında elan olunmuş ilkin yekunlarına əsasən Çin XR-nın əhalisi 1,339,724,852 nəfərdir.

Son illə dünya təsərrüfatında Çinin rolu xeyli artıB. 80-ci illərin əvvəllərindən başlayaraq Çin iqtisadiyyatının artım sürətinə görə dünyanın ən böyük dövlətləri arasında birinci yeri tutur. Ümumi daxili məhsulun (ÜDM) həcminə görə, Çin iqtisadiyyatı dünya dövlətləri arasında ABŞ-dan sonra ikinci yeri tutur. Çinin ÜDM-i təxminən 10 trilyon dollar ətrafında dəyişir.


Azərbaycan nümayəndə heyəti

Sürətli inkişaf əhalinin həyat səviyyəsini bir qədər yaxşılaşdırıb. Son illər ölkədə Yerin süni peyklərinin buraxılışı üçün raket-kosmik sənayesi sürətlə inkişaf edir. Çin 2008-ci ildə ilk dəfə öz kosmonavtını açıq kosmosa göndərməklə Rusiya və ABŞ-dan sonra bu göstəricini əldə edən üçüncü dövlət olub.

Çin daş kömür hasilatına, sement, polad, aliminium, velosiped, tikiş və paltaryuyan maşınlar, pambıq parça istehsalına görə dünyada birinci yeri tutur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR