Əməliyyat olunan qadın xəstəxanada öldü

Əməliyyat olunan qadın xəstəxanada öldü
20:09 8 Dekabr 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayon sakini Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına dünyasını dəyişib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün baş verib. Təxminən 10 gün əvvəl öd kisəsindən əməliyyat edilən rayon sakini, 1983-cü il təvəllüdlü Xeyrənisə Məsimova özünü pis hiss etdiyi üçün Gəncə şəhər Təcili Tibi Yardım xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yetləşdirilən qadın bir saatdan sonra dünyasını dəyişib.

 

Həkimlər qadının infarkt keçirdiyini bildirirlər.

 

X. Məsimova 3 uşaq anasıdır. Ötən il həyat yoldaşının xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR