AXCP sədrinin müavini saxlanılıb

20:22 8 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, bu barədə AXCP sədri Əli Kərimli "Facebook" səhifəsində yazıb.
"Bu gün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evində həbs edilərək Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə aparılıb. Fuad bəyin hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik", - Ə.Kərimli qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/axcp-sedrinin-muavini-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR