Azərbaycanın Polşadakı səfirliyi tərəfindən “Kitabi-Dədə Qorqud” eposu polyak dilində çap olunub

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən “Kitabi-Dədə Qorqud” eposu polyak dilində çap olunub
20:28 8 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən ölkəmizin tanıdılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Bu məqsədlə artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, mədəniyyət, incəsənəti, memarlıq, tarix və milli mətbəximizə həsr edilmiş Azərbaycan-Polşa seriyalarında 34 adda kitab çap olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə işlərin davamı olaraq “Azərbaycan eposları” seriyasından polyak dilində “Kitabi-Dədə Qorqud” dastanı İSBN kodu ilə üzü görüb. Azərbaycanın Polşadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Mitskieviç adına Poznan Universitetinin birgə əməkdaşlığı nəticəsində nəşr olunan kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Polsadaki_sefirliyi_terefinden_Kitabi_Dede_Qorqud_eposu_polyak_dilinde_chap_olunub-909477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR