AMEA vitse-prezidenti Misir Mədəniyyət Mərkəzində olub

AMEA vitse-prezidenti Misir Mədəniyyət Mərkəzində olub
20:42 8 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəyli Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzində görüşdə olub.
Səfirlik mədəniyyət mərkəzindən "Report"a verilən məlumata görə, görüşdə Mərkəzin rəhbəri Əhməd Sami Elaydi qonağa Mərkəzin yaranma tarixindən, fəaliyyətindən, Azərbaycanın təhsil ocaqları ilə, AMEA ilə əməkdaşlığından, o cümlədən misirli tələbələrin AMEA-da təhsil almasından danışdı.
Öz növbəsində Mərkəzlə yaxından tanış olan İ.Həbibbəyli Azərbaycan və Misir arasında olan əlaqələrin möhkəmliyini vurğulayaraq bu əlaqələrin gələcəkdə də müxtəlif sahələrdə möhkəmlənməsinin vacibliyini qeyd etdi.
Bundan başqa tərəflər arasından yaxın günlərdə beynəlxalq ərəb dili gününün qeyd olunması ilə əlaqədar AMEA Ədəbiyyat İnstitutunda birgə tədbirin təşkil olunması müzakirə edildi.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/amea-vitse-prezidenti-misir-medeniyyet-merkezinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR